Biz Tullantı
sularını təmizləyirik!
Avtonom
kanalizasiya sistemi nədir?
Özəl evlər, xüsusilə də böyük şəhərlərin yaxınlığında tikilən özəl evlər sürətlə artmaqdadır. Əksər hallarda bu cür sürətlə tikilən ərazilərində mərkəzi kanalizasiya sisteminə qoşulma imkanı yoxdur, bu da tikilməkdə olan evlərdən tullantı sularının axıdılması problemini xüsusilə kəskinləşdirir. Düzgün təmizlənmədən tullantı suları gec-tez içməli su qəbulu sahəsinə daxil olur ki, bu da ətraf mühitin pozulmasına gətirib çıxarır və insan sağlamlığı üçün təhlükə yaradır.
Bu problemi həll etmək üçün yaşayış və qeyri yaşayış obyektləri avtonom kanalizasiya sistemləri (AKS) ilə təchiz edilir. Müasir dünyada, məişət tullantı sularının təmizlənməsi üçün aerob bakteriyaların istifadəsinə əsaslanan bioloji təmizləmə texnologiyası, çirkab suların tərkibində olan zərərli maddələrin aradan qaldırılması üçün ekoloji cəhətdən təmiz, təhlükəsiz və ən effektiv üsul hesab edilir.
Bioloji təmizləmə texnologiyası necə işləyir ?
Yaşayış və sənaye obyektlərinin çirkab suları heterojen kimyəvi tərkibə malikdir. Onlarda orqanik maddələr üstünlük təşkil edir: İnsan tullantıları, qida yağları,səthi aktiv maddələr-əksər növ yuyucu vasitələrin komponentləri. Su ilə qarışmış orqanik maddələr - mikroorqanizmlər üçün ideal qida mühitidir. Mikroorqanizmlər bu qida mühitini ayrı-ayrı molekullara parçalayır və demək olar ki, tamamilə həzm edır. Bioloji təmizləmə sistemləri incə qabarcıq aerasiya texnologiyası (məcburi hava inyeksiyası) əsasında işləyir. Tullantı suları oksigenlə aktiv şəkildə doyurulur, bu da tullantı sular ilə birlikdə AKS-ə daxil olan aerob bakteriyaların böyüməsini stimullaşdırır. Mikroorqanizmlər bioloji tullantıları həzm edir (oksidləşdirir), onları lil lopalarına çevirir. Beləliklə, tullantı suları çirklənmədən və qoxudan təmizlənir, şəffaf olur, çürümür.
“LOTOS” bioloji təmizləmə stansiyası nədir ?
Azərbaycanda ilk dəfə, BİOSEPT şirkəti tərəfindən istehsal edilən avtonom kanalizasiya sistemləri “LOTOS” ticarət markası altında satışa buraxılır. ““LOTOS” stansiyası təsərrüfat-məişət çirkab sularının bilavasitə yarandığı yerlərdə kimyəvi komponentlərdən istifadə edilmədən bioloji təmizləmə texnologiyası ilə təmizlənməsi üçün nəzərdə tutulmuş avtonom təmizləyici qurğudur. Model sırasında sutkada 1m3 tullantı suyu emal edən (5 nəfərə gədər evlər üçün) stansiyalardan, 4m3-ə qədər emal edən (20 nəfərlik evlər üçün) stansiyalar mövcuddur.
“LOTOS” stansiyaları necə işləyir?
Təmizlənmiş suyun axıdılması yolları
Yaxşı keçiriciliyə malik torpaqlarda quraşdırma (qum, qumlu gil)
Təmizlənmiş suyun çıxarılması drenaj quyusuna öz axarı ilə həyata keçirilir
Aşağı filtrasiya əmsalı olan torpaqlarda quraşdırma (gil)
Təmizlənmiş suyun məcburi nasos ilə relyefə çıxarılması
Qrunt sularının yüksək səviyyədə olduğu yerlərdə
Drenaj sahəsinə
“Lotos” stansiyalarının əsas parametrləri
Göstəricilər
Model
Məhsuldarlığı Birdəfəlik
boşalma
tutumu
Giriş borunun
dərinliyi
Çıxış borunun
dərinliyi
Təmizləmə Qabaritlər Çəkisi Enerji sərfiyyatı
<< LOTOS 5 >>
1.0 m3/sut
(5 nəfər)
320 litr 60 sm 80 sm 90-95%
1350x
1350x
1700
100kq
50
Vt/saat
<< LOTOS 8 >>
1.6 m3/sut
(8 nəfər)
530 litr 60 sm 80 sm 90-95%
1350x
1350x
2200
155kq
70
Vt/saat
<< LOTOS 20 >>
4 m3/sut
(20 nəfər)
1460 litr 60 sm 80 sm 90-95%
1970x
1970x
2200
280kq
110
Vt/saat
Şirkət haqqında məlumat
Ətraf mühitin təmizliyi - gələcək nəslin sağlamlığı 2021-ci ildə təsis edilmiş “BİOSEPT” şirkətinin əsas fəaliyyət istiqaməti – bioloji təmizləmə stansiyalarının (“septik”lərin) idxalı və istehsalıdır. Şirkət, təsərrüfat-məişət tipli çirkab sularının dərin bioloji təmizləmə stansiyalarının idxalı və istehsalı üzrə ixtisaslaşmışdır.
MİSSİYAMIZ
Biz suyu təmizləyirik! Biz müştərilərimizə çirkab suların təhlükəsiz şəkildə, istənilən miqdarda, resursların mümkün qədər az istehlakı ilə, ətraf mühiti qorunmaqla təmizlənməsi üçün həllər təklif edirik.
VİZYONUMUZ
Yeni bilik və texnologiyaların köməyi ilə müştərilərimizə ən qabaqcıl su təmizləmə həllərini təklif etmək, işçilərimizin peşəkar və şəxsi inkişafı üçün çalışan, ətraf mühitin və Azərbaycanın mədəni irsinin qayğısına qalan etibarlı tərəfdaş, cəlbedici işəgötürən olaraq qalmaq.
DƏYƏRLƏRİMİZ
Müştəri yönümlülük Güvənirlilik və peşəkar fəaliyyət İnnovasiyalara cavab vermək Ətraf mühitin və mədəni irsin qorunub saxlanılması
Partnyorlar
Sertifkatlar
Suallarınız var və ya
əməkdaşlıqla maraqlanırsız?
Sizinlə əlaqə saxlamağımız üçün formada sorğu buraxın və bütün suallarınızı cavablandıraq

və ya WhatsAppa yazın

WhatsApp

Ərizəni doldurun